Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) 110 ölkədə yaşayan 6,1 milyard insanın 1,1 milyardının yoxsulluqla mübarizə apardığını açıqlayıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, 1992-ci il dekabrın 22-də yoxsulluqla mübarizə ilə bağlı qəbul edilən qərarla Birləşmiş Millətlər Təşkilatı (BMT) 17 oktyabrı Ümumdünya Yoxsulluqla Mübarizə Günü elan etdi. Bu kontekstdə BMT təşkil etdiyi tədbirlərlə beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etməyə çalışır.
BMTİP-nin 2023-cü il Qlobal Çoxölçülü Yoxsulluq İndeksinə əsasən, 110 ölkədə yaşayan 6,1 milyard insanın 1,1 milyardı yoxsulluqla mübarizə aparır.
BMTİP-in 2020-2023-cü illəri əhatə edən “Hərəkətsizliyin insan dəyəri” adlı hesabatındakı məlumatlar aşağı gəlirli ölkələrdə yoxsulluğun səviyyəsinin 2020-2023-cü illər arasında artdığını ortaya qoyub. Bu o deməkdir ki, 165 milyondan çox insan gündə 3,65 dollardan az pulla yaşayır.
“Cənubi Asiyanın İnkişaf Yeniləməsi: "Daha Sürətli, Daha Təmiz İnkişafa Doğru” hesabatına görə, bu artımın 2024 və 2025-ci illərdə 5,6%-ə qədər yavaşlaması gözlənilir.
Qeyd edək ki, bölgə iqtisadiyyatının böyük bir hissəsini təşkil edən Hindistanın 2023-2024-cü maliyyə ilində yüzdə 6,3, Maldiv adalarının isə turizm sektoru sayəsində 2023-cü ildə iqtisadi olaraq yüzdə 6,5 böyümə sürətinə sahib olacağı təxmin edilir.
Banqladeşin iqtisadi inkişaf tempinin 2024-cü ildə 5,6%-ə enəcəyi proqnozlaşdırılsa da, Pakistanda bu nisbətin yüzdə 1,7 faiz olacağı gözlənilir.
Cənubi Asiya və Sub-Sahara Afrikası xaricində yoxsulluqla mübarizə aparanların 65%-i Çin, İndoneziya, Myanma, Sudan və Yəməndədir.
BMT-nin İnkişaf Proqramının Administratoru Achim Steiner qeyd edib ki, bu ölkələrin yüksək borc səviyyəsi qeyri-adekvat sosial xərclər və yoxsulluq səviyyəsinin artması ilə əlaqələndirilə bilər.
Ay Tac















