“Bu bizim yardımımızın rəsmi sənəd şəklində öz əksini tapmasıdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin 2023-cü il 15 noyabr tarixli iclasında deputat Musa Qasımlı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deyib.
“Bu sənəd təkcə bu günümüz deyil, gələcəyimiz üçün də vacibdir. Zəlzələ olduqda qardaş ölkəyə yardımlar edildi, indi də binalar, əslində, bir şəhər tikilir. Ancaq hansı şəraitdə tikilir? Bunun üçün bu sənəd önəmlidir. Hazırda işğaldan azad olunmuş torpaqlarımızda da işlər gedir. Beıə bir şəraitdə qardaş ölkədə təbii fəlakətdən əziyyət çəkən qardaşlarımıza bir şəhər tikir. Bu elə belə iş deyil. Bu, çox böyük əhəmiyyət daşıyır”.
Aytac Aslan
















