• Bakı 16° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Azərbaycan xalqı hər zaman bu haqda danışacaq" - Deputatdan Xankəndi açıqlaması

CƏMİYYƏT

16 Oktyabr 2023 | 12:35

"Azərbaycan xalqı hər zaman bu haqda danışacaq" - Deputatdan Xankəndi açıqlaması

“Azərbaycanın dövlət bayrağının tezliklə Xankəndidə ucalmasına heç kimin şübhəsi yox idi”.

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində verdiyi mesajları şərh edərkən bildirib.

O qeyd edib ki, 2020-ci ildə 44 günlük müharibə zamanı ərazilərimizi işğaldan azad etdikdən sonra bütün ərazilərimizdə suverenliyimizin etibarlı şəkildə təmin olunması istiqamətində strategiyamızı həyata keçirməyə başladıq: “Həmin strategiyanın kompanentləri çox uğurlar reallaşdırılırdı. Beynəlxalq münasibətlərdə Azərbaycan ədalətli mövqeyini ciddi və sistemli şəkildə bəyan edirdi. Azərbaycan bütün sərhədləri boyunca effektiv nəzarətini təmin edcəyini bildirirdi. Bu ilin aprel ayında Laçın yolunda nəzarət buraxılış məntəqəsini qurmaqla bir daha ölkə ərazisində bütün proseslərə nəzarət etdiyimizi nümayiş etdirdik. Bu güc və iradəmiz dönməzdir. Azərbaycan prezidenti Xankəndidə bayrağımızı yüksəkdərək bir daha vacib məqamlarla bağlı fikrini səsləndirdi. Bir daha diqqətə çatdırdı ki, münaqişənin sülh yolu ilə tənzimlənməsində beynəlxalq səviyyədə maraq mövcud deyildi. Onlar münaqişə şəraitində qalmağımızda maraqlı idilər. Bu mənada, ATƏT-in Minsk qrupunu bir daha qeyd etdi.”.

Deputatın sözlərinə görə, ATƏT-in Minsk qrupu və Qərb dairələri münaqişənin uzun illər donmuş vəziyyətdə qalmasında maraqlı idilər: “Burada məqsəd ondan ibrarət idi ki, Ermənistan müəyyən vaxt keçdikdən sonra işğal altında saxladığı Azərbaycan torpaqlarının anneksiyasına nail olsun və müəyyən zaman keçdikdən sonra Qərbin Ermənistanın bu mövqeyini dəstəkləməsi üçün əsaslara sahib olsun. O zaman da, indi də Fransa xüsusi canfəşanlığı ilə seçilməkdədir”.

Onun sözlərinə görə, ölkə prezidenti bütövlükdə regionda sülh və təhlükəsizlik naminə keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin hüquqi vasitələrlə tənzimlənməsi istiqamətində iradə nümayiş etdirirdi: ”Hər zaman qeyd edirdi ki, nəticəsiz danışıqları sonsuzadək davam etdirməyəcək. Bu danışıqlar nəticə verməzsə, Azərbaycan hərbi yolla torpaqlarını azad edəcək. Təəssüf ki, onun bu fikirlərini düzgün qiymətləndirə bilmədilər. Belə olan halda, Azərbaycan təcəvüzkara yerini göstərməli oldu. Azərbaycan xalqı hər zaman bu haqda danışacaq, bu hadisələr Azərbaycan tarixinin qızıl səhifələri kimi qeyd ediləcək. Cənubi Qafqaz regionunda tamamilə yeni geosiyasi reallıqların formalaşması prosesinin başa çatdığını qeyd etmək mümkündür”.

"Hesab edirəm, bundan sonrakı mərhələdə proseslər bütövlükdə regional sülh və təhlükəsizlik arxitekturasının real olaraq qurulması istiqamətində inkişaf edəcək. Bu proseslər mütləq şəkildə öz məntiqi sonluğuna çatacaq. Birincisi, regionun münaqişə potensialı aradan qalxacaq. İkincisi, Ermənistan reallıqları qəbul etmək məcburiyyətində qalaraq Azərbaycanla sülh sazişi imzalayacaq. Çünki Ermənistanın əlində manevr elementləri qalmaqda idi, lakin biz antiterror əməliyyatlarını həyata keçirərək separatizmə son qoyaraq Ermənistanın bütün manevr imkanlarını əlindən çıxarmış olduq. Hazırda Ermənistanın əlində manevrlər olmadığı üçün Qərbin əlində bir oyuncaqdır”, - deyə deputat vurğulayıb.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026