• Bakı 13° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Xankəndidə görüntüsü gündəm olan məmur işdən çıxarıldı - FOTO

CƏMİYYƏT

16 Oktyabr 2023 | 12:39 | Müəllif: Subhan Mahmudov

Xankəndidə görüntüsü gündəm olan məmur işdən çıxarıldı - FOTO

Özünü buraxdığını elan edən separatçı rejimin simvolu kimi tanınan Xankəndidəki abidənin önünə Azərbaycan bayrağı asması ilə gündəmə gələn Azərbaycan Prezidentinin Qarabağ İqtisadi Regionu üzrə Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Araz İmanov işdən çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qərar bir neçə gün əvvəl verilib. Onun işdən çıxarılmasının məhz həmin hadisə ilə bağlı olub-olmadığı barədə rəsmi məlumat yoxdur.

Qeyd edək ki, A.İmanov sabiq deputat, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanovun oğludur.

44 günlük II Qarabağ Müharibəsi dönəmində Araz İmanov sosial şəbəkələrdə ingilis dilindəki paylaşımları ilə aktivlik nümayiş etdirib.

Antiterror əməliyyatından sonra onun "Biz və bizim dağlar" abidəsi üzərində Azərbaycan bayrağı asıb foto paylaşması böyük marağa səbəb olmuşdu. Sonradan mediada A.İmnaovun bu hərəkətinin daşıdığı vəzifəyə uyğun olmadığı barədə yazılar dərc olunmuşdu./bakupost


Xankəndidə görüntüsü gündəm olan məmur işdən çıxarıldı - FOTOXankəndidə görüntüsü gündəm olan məmur işdən çıxarıldı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026