• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Radioaktiv maddə xüsusi kombinata aparıldı - VİDEO

CƏMİYYƏT

16 Sentyabr 2023 | 13:53

Radioaktiv maddə xüsusi kombinata aparıldı - VİDEO

Sumqayıtda radiasiya təhlükəsi olan müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, sentyabrın 9-u Sumqayıt şəhəri, İnşaatçılar küçəsində yerləşən müəssisənin ərazisində radiasiya fonunun normadan artıq olması barədə nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında dərhal FHN-in qüvvələri cəlb olunub. Müəssisənin ərazisində lokal yerdə qamma-şüalanmanın doza gücünün təbii fondan yüksək olduğu öz təsdiqini tapıb və bununla bağlı zəruri ilkin təhlükəsizlik tədbirləri görülüb, o cümlədən əraziyə kənar şəxslərin girişi müvəqqəti olaraq məhdudlaşdırılıb.

Faktla bağlı FHN tərəfindən aparılmış radiometrik-dozimetrik və spektrometrik ölçmələr, eləcə də nüvə-radioloji sınaq işləri nəticəsində şüalanma mənbəyinin dəqiq yeri müəyyən edilib.

Fövqəladə Hallar Nazirliyi tərəfindən aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə müəssisənin ərazisində yer səthindən 40sm dərinlikdə aşkar olunan Cs (sezium) 137 radioaktiv maddəsi xüsusi təyinatlı texnika və avadanlıqların tətbiqi ilə ərazidən götürülərək, FHN-in “İzotop” xüsusi kombinatına aparılıb.

Əməliyyatdan sonra hadisə yerində təkrar müayinələr zamanı radiasiya fonunun normaya düşdüyü müəyyən olunub.


Radioaktiv maddə xüsusi kombinata aparıldı - VİDEORadioaktiv maddə xüsusi kombinata aparıldı - VİDEORadioaktiv maddə xüsusi kombinata aparıldı - VİDEORadioaktiv maddə xüsusi kombinata aparıldı - VİDEORadioaktiv maddə xüsusi kombinata aparıldı - VİDEORadioaktiv maddə xüsusi kombinata aparıldı - VİDEORadioaktiv maddə xüsusi kombinata aparıldı - VİDEORadioaktiv maddə xüsusi kombinata aparıldı - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026