• Bakı 19° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Azərbaycan Premyer Liqasında antirekord

İDMAN

15 May 2023 | 11:12

Azərbaycan Premyer Liqasında antirekord

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümündə antirekord təkrarlanıb.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, çempionatda 17 dəfə avtoqol qeydə alınıb.

XXXIV turunun “Neftçi” – “Şamaxı” oyununda (1:1) qonaqların qolkiperi Rəşad Əzizli öz qapısına qol vurub.

1992-ci ildən keçirilən yarışda ən çox avtoqol 2014/2015 mövsümündə yaşanmışdı. Həmin vaxt oyunçular 17 dəfə topu öz qapılarından keçiriblər.

Beləliklə, antirekord 8 ildən sonra təkrarlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026