• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

UEFA Çempionlar Liqasında mövsümün ilk püşkü atılıb

İDMAN

13 Iyun 2023 | 14:21

UEFA Çempionlar Liqasında mövsümün ilk püşkü atılıb

UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün ilk püşkü atılıb.

Bakıvaxtı.az xəbər verir ki, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən mərasimdə ilkin mərhələnin yarımfinal cütləri müəyyənləşib.

Andorranın “Atletik Ekaldes” klubu Monteneqro “Buduçnost” kollektivi ilə, San Marinonun “Tre Penne” komandası İslandiya təmsilçisi “Breydablik”lə üz-üzə gələcək. Bu raundun görüşləri iyunun 27-də, final qarşılaşması isə iyunun 30-da olacaq.

Qalib komanda I təsnifat mərhələsinə yüksələcək və burada Azərbaycan çempionu "Qarabağ"a rəqib ola bilər.

Qeyd edək ki, I təsnifat mərhələsinin püşkü iyunun 20-da atılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR