• Bakı 8° C

    2.56 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

CONCACAF "Gold Cup"da finalçılar müəyyənləşdi

İDMAN

13 Iyul 2023 | 09:33

CONCACAF "Gold Cup"da finalçılar müəyyənləşdi

ABŞ-da keçirilən Şimali, Mərkəzi Amerika və Karib hövzəsi üzrə (CONCACAF) "Gold Cup" turnirində finalçılar müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, ilk yarımfinal matçında Panama və ABŞ yığmaları üz-üzə gəliblər.

Əsas vaxtı qolsuz bərabərliklə başa çatan görüşün əlavə vaxtında da qalib müəyyənləşməyib - 1:1. Penaltilər seriyasında daha dəqiq olan Panama kollektivi həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Digər oyunda Yamaykanı üç cavabsız qolla yenən Meksika millisi ikinci finalçı olub.

Qeyd edək ki, final görüşü iyulun 17-də Bakı vaxtı ilə 03:30-da start götürəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR