• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Sabah" və "Neftçi"nin matçını bu hakimlər idarə edəcək

İDMAN

12 Avqust 2023 | 00:23 | Müəllif: Subhan Mahmudov

"Sabah" və "Neftçi"nin matçını bu hakimlər idarə edəcək

"Sabah" və "Neftçi"nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunlarını idarə edəcək hakimlər bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, "Partizan" - "Sabah" görüşünü Polşa Futbol Federasiyasından Bartoş Frankovski idarə edəcək.

Yan xətdə ona Marçin Boniek və Yakub Vinkler köməklik göstərəcəklər. Matçın 4-cü hakimi Patrik Qriçkeviç təyin olunub.

"Beşiktaş" - "Neftçi" baş hakimi Avstriya Futbol Federasiyasından Julian Veynberger olacaq. Ona Andreas Vitsxniqq və Sara Telek kömək edəcək. Stefan Ebnar isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 17-i keçiriləcək "Neftçi" - "Beşiktaş" matçı Bakı vaxtı ilə saat 21:00-da, "Partizan" - "Sabah" görüşü saat 23:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026