• Bakı 28° C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Teymur Rəcəbov blitsdə sonuncu oldu

İDMAN

09 Sentyabr 2023 | 18:55 | Müəllif: Subhan Mahmudov

Teymur Rəcəbov blitsdə sonuncu oldu

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Hindistanın Kəlküttə şəhərində təşkil olunan “Tata Steel Chess” turnirinin blits üzrə yarışında sonucu olub.

Bakıvaxtı.az xəbər verir ki, 36 yaşlı qrossmeyster keçirdiyi doqquz oyunun 2-də qələbə qazanıb, 3-də heç-heçə edib, 4-də isə uduzub.

Beləliklə, T.Rəcəbov ikinci günü 3,5 xalla başa vurub. Bir gün öncə iki xal toplayan millinin üzvü blits turniri 5,5 xalla sonuncu - 10-cu pillədə bitirib.

Qeyd edək ki, T.Rəcəbov daha öncə rapid üzrə mübarizədə 5,5 xalla ikinci olmuşdu. Yarışda həmyerlimizlə yanaşı, Maksim Vaşye-Laqrav (Fransa), Aleksandr Qrişuk (Rusiya), Nodirbek Abdusattorov (Özbəkistan), Santoş Vidit, Pentala Harikrişna, Rameşbabu Praqqnanandha, Arcun Eriqaysi, Dommaracu Qukeş (hamısı Hindistan) və Vinsent Kaymer (Almaniya) mübarizə aparıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026