• Bakı 23° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Cüdoçularımız Qazaxıstanda 4 medal qazandı

İDMAN

09 Oktyabr 2023 | 00:31 | Müəllif: Subhan Mahmudov

Cüdoçularımız Qazaxıstanda 4 medal qazandı

Azərbaycan cüdoçuları Qazaxıstanın Aktau şəhərində keçirilən cüdo üzrə Açıq Asiya turnirində 1 qızıl, 2 gümüş və 1 bürünc medal əldə ediblər.

Azərbaycan Cüdo Federasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, cüdoçularımız yarışda medal əyarına görə ümumi hesabda 3-cü, kişilər arasında isə 2-ci yeri tutub.

Azərbaycan yarışda 7 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunub. Turnirinin ilk günündə cüdoçularımız 1 gümüş medal, yarışın ikinci günündə isə 3 medal qazanıblar.

-81 kq. çəkidə İmamverdi Məhərrəmov yarışın gümüş medalına sahib olub. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Məmmədrza Hacızadə 7-ci yerdə qərarlaşıb.

-100 kq. çəkidə Ruslan Nəsirli bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə edib.

+100 kq. çəki dərəcəsində İmran Yusifov bürünc medal qazanıb. O, üçüncü yer uğrunda görüşdə həmyerlisi Camal Feyziyevi məğlub edib. Nəticədə Camal Feyziyev yarışı 5-ci yerdə tamamlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026