• Bakı 24° C

    2.34 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Baş məşqçidən Benziaya SƏRT CAVAB

İDMAN

09 Oktyabr 2023 | 10:07

Baş məşqçidən Benziaya SƏRT CAVAB

Əlcəzair millisinin baş məşqçisi Camel Belmadi “Qarabağ”ın futbolçusu Yassin Benzianın cavabını verib.

Bakıvaxtı.az-ın “algerie360.com” saytına istinadən məlumatına görə, 29 yaşlı yarımmüdafiəçinin yığmaya çağırılmadığı üçün etdiyi etiraza fransalı mütəxəssis qısa münasibət bildirib.

Millinin qarşıdakı oyunlar üçün heyəti açıqlandıqdan sonra Benzianın dostu buna sərt reaksiya verib. O, pleymeykerin bu mövsüm “Qarabağ”ın heyətində avrokuboklarda parlaq oyun nümayiş etdirdiyini və milliyə çağırılmağa hamıdan çox layiq olduğunu qeyd edib. Benzia da dostunun bu fikirlərini şəxsi instaqram səhifəsində paylaşıb.

Camel Belmadi isə mətbuat konfransında oyunçunun etirazı ilə bağlı verilən suala qısaca bu cavabı verib: “İstədiyini deyə bilər”.

Qeyd edək ki, Yassin Benzia Əlcəzair millisinə sonuncu dəfə 2018-ci ildə çağırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026