• Bakı 20° C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Millimizin heyətində dəyişiklik edildi

İDMAN

09 Oktyabr 2023 | 09:45

Millimizin heyətində dəyişiklik edildi

DÇ-2024-ün elit mərhələsində Qazaxıstanla üz-üzə gələcək futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Azərbaycan Futzal Federasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, Bakıdakı matçda (2:4) sarı vərəqə alaraq cəzalı duruma düşən Felipinyo səfərə aparılacaq heyətdən kənarlaşdırılıb.

Onun əvəzinə “Neftçi” İK-nın üzvü Əmir Şocayi komandaya dəvət olunub.

Qeyd edək ki, oktyabrın 11-də Astanada reallaşacaq Qazaxıstan - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026