• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Avarçəkmə üzrə ölkə çempionatı bu ərazidə keçiriləcək

İDMAN

09 Sentyabr 2023 | 14:39

Avarçəkmə üzrə ölkə çempionatı bu ərazidə keçiriləcək

Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə Mingəçevirdə avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, yarış sentyabrın 13-14-də “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq.

Çempionatda Bakıdan və Mingəçevirdən 100-ə yaxın idmançı mübarizə aparacaq. İştirakçılar akademik avarçəkmə, həmçinin kayak və kanoe növlərində birincilik uğrunda yarışacaqlar.

Qaliblər medal və diplomla mükafatlandırılacaqlar. Fərqlənən avarçəkənlər gələcəkdə yığmanın heyətinə cəlb olunmaqla yanaşı, oktyabrda təşkil ediləcək beynəlxalq Mingəçevir Reqatasında mübarizə aparmaq şansı qazanacaqlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026