• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Liverpul” fantastik məbləğə müdafiəçi alır

İDMAN

11 Avqust 2023 | 13:22 | Müəllif: Subhan Mahmudov

“Liverpul” fantastik məbləğə müdafiəçi alır

İngiltərənin “Liverpul” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, “qırmızılar” “Brayton”la müdafiəçi Moyses Kaysedonun transferi ilə bağlı razılığa gəliblər.

Mersisayd klubu 21 yaşlı ekvadorlu üçün qarşı tərəfə 126 milyon avro ödəyəcək. Keçid artıq bu gün elan edilə bilər.

Transfer reallaşsa, Kaysedo fubol tarixinin ən bahalı müdafiəçisi olacaq. Hazırda bu ad bir müddət əvvəl Almaniya “Leypziq”indən İngiltərə “Mançester Siti”sinə 90 milyon avroya keçən Yoşko Qvardiola məxsusdur.

Kaysedo 2022-ci ilin yanvarında Belçika “Bersxot”undan “Brayton”a transfer olunub. O, keçən mövsüm 47 matçda bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026