• Bakı 24° C

    6.84 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Braziliya millisindən yeni REKORD

İDMAN

09 Sentyabr 2023 | 11:21

Braziliya millisindən yeni REKORD

Braziliya millisi Cənubi Amerika rekordunu yeniləyib.

Bakıvaxtı.az xəbər verir ki, komanda dünya çempionatının seçmə mərhələlərində məğlubiyyətsizlik seriyasını 35 oyuna çatdırmaqla buna nail olub.

“Sambaçılar” DÇ-2026-nın seçmə mərhələsində Boliviyanı 5:1 hesabı ilə məğlub ediblər. Braziliya yığması bu göstərici ilə dünyada ən yaxşı üçüncü seriyaya malikdir.

Rekord İspaniyaya məxsusdur. “Buğalar” 1993-2021-ci illər aralığında 66 matçda uduzmayıblar. Almaniya isə ardıcıl 36 görüşdə məğlubiyyətlə üzləşməyib.

Boliviya ilə görüşdə dubla imza atan Neymar isə 79 qolla milli tarixinin ən məhsuldar oyunçusu ünvanını ələ keçirib. O, hesabında 77 qol olan əfsanəvi Pelenin rekordunu yeniləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026