• Bakı 19° C

    6.36 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Joze Mourinyo "Roma"dan qovula bilər

İDMAN

08 Oktyabr 2023 | 10:49 | Müəllif: Subhan Mahmudov

Joze Mourinyo "Roma"dan qovula bilər

İtaliyanın "Roma" klubu baş məşqçisi Joze Mourinyo ilə yollarını ayıra bilər.

Bakıvaxtı.az  "Corriere dello Sport"a istinadən xəbər verir ki, 63 yaşlı mütəxəssisin paytaxt təmsilçisindəki taleyi A Seriyasının VIII turunda “Kalyari” ilə oyundan asılıdır.

"Canavarlar"ın sahibi Den Fridkin VI turda “Cenoa”ya 1:4 hesablı məğlubiyyətdən sonra Mourinyonu qovmaq istəyib. Lakin idman direktoru Tiaqu Pintu funksioneri fikrindən daşındırıb.

Lakin "Roma" bu gün məğlub olsa, portuqaliyalı baş məşqçi istefaya göndəriləcək.

Qeyd edək ki, komanda yeddi turdan sonra 8 xalla 13-cü pillədə qərarlaşıb. 2021-ci ildən İtaliya klubunda işləyən Mourinyonun müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatmalıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026