• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Bayer 04” cəbhəsində "Qarabağ"la oyunöncəsi YENİ XƏBƏR

İDMAN

06 Noyabr 2023 | 15:15

“Bayer 04” cəbhəsində "Qarabağ"la oyunöncəsi YENİ XƏBƏR

Almaniyanın “Bayer 04” komandası UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la oyunöncəsi Bakıda məşq etməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, Leverkuzen təmsilçisi bununla bağlı UEFA-dan xüsusi icazə alıb.

Xabi Alonsonun baş məşqçisi olduğu komanda noyabrın 8-də gecə saatlarında Bakıda olacaq. İspaniyalı mütəxəssisin mətbuat konfransı da təşkil olunmayacaq.

“Qarabağ”ın son məşqi isə həmin gün saat 17:30-da qarşılaşmanın gerçəkləşəcəyi Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. Bundan yarım saat əvvəl baş məşqçi Qurban Qurbanov media nümayəndələri önünə çıxacaq.

Qeyd edək ki, noyabrın 9-da keçiriləcək “Qarabağ” – “Bayer 04” matçı saat 21:45-də start götürəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026