• Bakı 12° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

EEVZA: Azərbaycan millisi ilk oyunda məğlub olub

İDMAN

05 Dekabr 2023 | 16:35

EEVZA: Azərbaycan millisi ilk oyunda məğlub olub

18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Gürcüstanın Telavi şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında ilk oyununa çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, Cəlil Baxtiozinin baş məşqçisi olduğu komanda ilk matçında Polşa ilə üz-üzə gəlib.

Qarşılaşma yığmamızın məğlubiyyəti ilə bitib - 0:3 (12:25, 16:25, 16:25).

Azərbaycan millisi dekabrın 6-da Ukrayna, 7-də Latviya, 8-də Estoniya, 9-da Gürcüstanla görüşəcək. Turnirin qalibi AVRO-2024-ün final mərhələsində oynamaq hüququ qazanacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR