"Barselona"nın qapıçısı Mark-Andre Ter Ştegen əməliyyat olunacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İspaniya mediasında xəbər yayılıb.
Klubdan verilən açıqlamada belindəki zədə səbəbindən noyabrın ortalarından bəri meydana çıxa bilməyən 31 yaşlı qolkiperin əməliyyat olunmasına qərar verildiyi bildirilib.
Alman qolkiperin əməliyyatdan sonra 2-3 ay meydanlardan uzaq qalacağı gözlənilir.
Sosial media hesabında səhhəti ilə bağlı məlumat verən alman qapıçı "Klubun həkim heyəti ilə ardıcıl görüşlər keçirdikdən və bir çox mütəxəssisin rəyini aldıqdan sonra əməliyyatın ən doğru qərar olduğuna qərar verdik. Bir müddət oynaya bilməmək məni narahat edir. Amma bu ən doğru və etibarlı qərardır",- deyə paylaşım edib.
Ziyafət Əlisoy
















