• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Kilian Mbappe XXI əsrin rekorduna imza atıb

İDMAN

06 Dekabr 2023 | 12:24

Kilian Mbappe XXI əsrin rekorduna imza atıb

Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe tarixi rekorda imza atıb.

Bakıvaxtı.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən məlumatına görə, fransalı hücumçu XXI əsrdə 25 yaşı tamam olmamış yüksək səviyyəli yarışlarda 300 qol vuran ilk futbolçu olub.

O, 24 yaş 333 günündə bunu reallaşdırıb. Mbappeyə qədər əsrin rekordu argentinalı Lionel Messiyə məxsus idi. Hazırda karyerasını ABŞ-nin “İnter Mayami” klubunda davam etdirən son dünya çempionu 300-cü qolunu 25 yaş 125 günündə vurub.

Neymar bunu 25 yaş 235 günündə, Kriştianu Ronaldo isə 27 yaş 90 günündə reallaşdırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026