• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

"Milan" Mülleri almaq istəyir - Transfer gerçəkləşəcəkmi?

İDMAN

05 Dekabr 2023 | 12:16

"Milan" Mülleri almaq istəyir - Transfer gerçəkləşəcəkmi?

İtaliyanın "Milan" futbol klubu "Bavariya"nın yarımmüdafiəçisi Tomas Mülleri transfer etmək istəyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb.

34 yaşlı hücumçunun “Bayern Münhen”lə müqaviləsi gələn ilin yayına qədərdir. Məlumatlara görə, Almaniya klubunun rəhbərliyi Müller ilə sözləşməni yeniləmək istəmir. Buna görə də "Milan" vəziyyətdən istifadə edərək futbolçunu heyətinə qatmağı planlaşdırır.

Bu mövsüm Tomas Müller bütün turnirlərdə ümumilikdə 575 dəqiqə meydanda olub. Eyni zamanda o, 2 qol vurub və 5 qolun ötürməsini verib.

Qeyd edək ki, Tomas Müller bütün peşəkar karyerası boyunca "Bavariya"da oynayıb. O, klubla birlikdə 12 dəfə Almaniya çempionu və 2 dəfə Çempionlar Liqasının qalibi olub.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026