• Bakı 16° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Qarabağ” cərimələndi - SƏBƏB

İDMAN

06 Dekabr 2023 | 14:59

“Qarabağ” cərimələndi - SƏBƏB

“Qarabağ” Azərbaycan Premyer Liqasının XV turunda “Qəbələ” ilə keçirilən oyunda meydana kənar şəxsin çıxması səbəbindən cərimələnib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Ağdam təmsilçisinin 3:0 hesablı qələbə qazandığı qarşılaşmadan sonra baş verib.

Bu, son çempionun AFFA İntizam Komitəsi tərəfindən 800 manat cərimələnməsinə yol açıb.

Həmin turda “Sumqayıt” ilə görüşdə “Turan Tovuz”un 5, “Sabah”la matçda isə “Kəpəz”in 4 futbolçusu sarı vərəqə alıb. Bu səbəbdən qərb komandaları hərəyə 700 manat cərimələnib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026