• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Neymarın meydana qayıdacağı tarix bilindi

İDMAN

06 Noyabr 2023 | 14:49 | Müəllif: Subhan Mahmudov

Neymarın meydana qayıdacağı tarix bilindi

Braziliyalı ulduz hücumçu Neymar əməliyyatdan sonra artıq xəstəxanadan evə buraxılıb. 

Bakıvaxtı.az 24news"-ə istinadən xəbər verir ki, o, bərpa prosedurunu evdə davam etdirəcək. 

Futbolçunu əməliyyat edən həkim Rodriqo Lasmar Neymarın iyunda meydana qayıda biləcəyini bildirib. Bu isə ulduz forvardın yayda keçiriləcək ənənəvi Amerika Kubokuna qatılacağı anlamına gəlir.

Xatırladaq ki, braziliyalı forvard ötən yaydan Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda çıxış edir.

Neymar oktyabrın 18-də zədələnib. O, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya millisinin səfərdə Uruqvaya qarşı keçirdiyi matçda (0:2) sıradan çıxıb. Müayinə zamanı ön xətt oyunçusuna sol dizinin çarpaz bağlarının qırılması və menisk yırtığı diaqnozu qoyulub. O, ötən həftə əməliyyat olunub


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026