• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

De Byazi üç futbolçunun xidmətinə ehtiyac duymadı

İDMAN

09 Sentyabr 2023 | 12:10

De Byazi üç futbolçunun xidmətinə ehtiyac duymadı

Azərbaycan millisinin 3 futbolçusu AVRO-2024-ün seçmə mərhələsində bu gün Belçika ilə keçiriləcək oyunun “23-lüy”ündən kənarda qalıb.

Bakıvaxtı.az xəbər verir ki, baş məşqçi Canni De Byazi iki müdafiəçi və bir yarımmüdafiəçinin xidmətinə ehtiyac duymayıb.

Bunlar Bəxtiyar Həsənalızadə, Amin Seydiyev və Ozan Can Kökçüdür. Adıçəkilən oyunçular “Dalğa Arena”da baş tutacaq qarşılaşmanı tribunadan izləməli olacaqlar.

Qeyd edək ki, Azərbaycan – Belçika görüşü saat 17:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026