• Bakı 14° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Neymar "Barselona"ya qayıda bilər

İDMAN

11 Avqust 2023 | 18:31

Neymar "Barselona"ya qayıda bilər

Paris Saint-Germain hücumçusu Neymar “Barselona” ilə şəxsi müqaviləyə razılaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “El Chiringuito” məlumat yayıb.

Mənbənin sözlərinə görə, şəxsi razılaşma müqavilənin bir il uzadılması ilə iki illik əməkdaşlığı nəzərdə tutur. Neymarın maaşı ildə 13 milyon avro ola bilər.

Braziliyalının Kataloniyanın paytaxtına köçürülməsi üçün PSJ ilə razılaşma lazımdır.

Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə “Barselona”da çıxış edib. Bu, braziliyalı üçün vətənindən kənarda ilk klub idi. 2017-ci ildən bəri hücumçu Fransada beş çempionluq qazandığı PSJ-nin rənglərini qoruyur. Onun parislilərlə müqaviləsi 2025-ci ilin yayında başa çatır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026