• Bakı 21° C

    8.04 m/s

"Neftçi" və "Zenit" yenidən qarşılaşa bilərlər

İDMAN

11 Avqust 2023 | 19:45

"Neftçi" və "Zenit" yenidən qarşılaşa bilərlər

Bu ilin sentyabrında "Neftçi" və Rusiya "Zenit"i arasında daha bir yoldaşlıq oyunu keçirilə bilər.

Bakıvaxtı.az "Sport-Ekspress" nəşrinə istinadən xəbər verir ki, matçın milli komandaların görüşləri ilə bağlı çempionatlarda yaranacaq fasilə dövründə təşkili planlaşdırılır.

İddiaya görə, Sankt-Peterburqda oynanılacaq qarşılaşmanın sentyabrın 7-si və ya 8-də olacağı gözlənilir.

Qeyd edək ki, iki komanda bu yay artıq bir dəfə üz-üzə gəlib. İyulun 1-də "Match TV" kubokuna təsadüf edən oyunda "ağ-qaralar" 1:3 hesabı ilə uduzub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026