• Bakı 15° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

"Qalatasaray" yeni transferini AÇIQLADI

İDMAN

12 Iyul 2023 | 17:04

"Qalatasaray" yeni transferini AÇIQLADI

Türkiyənin "Qalatasaray" klubu yeni futbolçu transferini gerçəkləşdirib.

Bakıvaxtı.az İstanbul təmsilçisinin rəsmi tviter hesabına istinadən xəbər verir ki, Almaniya “Leyptsiq"dən Xose Anxel Esmoris Tasende (Anxelinyo) transfer edilib.

"Sarı-qırmızılar" 26 yaşlı cinah müdafiəçisinin keçidi üçün Bundesliqa təmsilçisi ilə danışıqlara başlanıldığını İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) bildirib.

Bundan əlavə, "Qalatasaray" ispaniya oyunçunun videosunu paylaşaraq onun Türkiyəyə yollandığını diqqətə çatdırıb.

Qeyd edək ki, Anxelinyo 2020-ci ildə “Leyptsiq"ə keçib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026