• Bakı 8° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

“Bavariya” Keyni 120 milyon avroya transfer edir

İDMAN

11 Avqust 2023 | 11:59 | Müəllif: Subhan Mahmudov

“Bavariya” Keyni 120 milyon avroya transfer edir

Almaniyanın “Bavariya” klubu Harri Keyni transfer etmək üçün İngiltərə “Tottenhem”i ilə razılığa gəlib.

Bakıvaxtı.az xəbər verir ki, məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, tərəflər 120 milyon avroya anlaşıblar. 30 yaşlı forvard bu gün Münhen klubu üçün tibbi müayinədən keçəcək. İngiltərə millisinin üzvü “Bavariya” ilə dörd illik müqaviləni razılaşdırıb.

“Tottenhem”in yetirməsi olan Keyn ötən mövsüm bütün turnirlərdə 49 matçda 32 qol vurub, beş məhsuldar ötürmə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026