• Bakı 11° C

    0.75 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Üzümüz həmişə gülür, problem yoxdur" - Qurban Qurbanov

İDMAN

10 Avqust 2023 | 23:23 | Müəllif: Subhan Mahmudov

"Üzümüz həmişə gülür, problem yoxdur" - Qurban Qurbanov

"Üzümüz həmişə gülür, problem yoxdur".

Bakıvaxtı.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Finlandiya HİK-inə 2:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis matçın gərgin keçdiyini bildirib: "Ciddi rəqibə qarşı oynayırdıq. Hava çox isti idi. Futbolçular belə havada sona kimi dözdülər. Vacib qələbə idi. Azarkeşlərə təşəkkür edirəm. Rəqibin zərbələrini saymadım. Əsas öz qol epizodlarımızdır. İstifadə edə bilmədiyimiz yüz faizlik fürsətlər var idi. Futbolçuları başa düşürəm. İstər-istəməz gərginlik var idi. Düşünürəm ki, cavab oyununda tam əksi olar, daha yaxşı oyun göstərib qol epizodlarından istifadə edərik. Hər qələbə futbolçulara inam verir. Top buraxandan sonra qol vurmaq vacib idi. Rəqibin qolundan sonra futbolçular sına bilərdilər. Amma get-gedə oyunu ələ aldılar. Cavab oyunu öncəsi bir az üstünlüyümüz var".

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 17-də keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026