• Bakı 8° C

    2.56 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

"Qarabağ" reytinqdə gerilədi, "Neftçi" isə...

İDMAN

13 Iyun 2023 | 09:40

"Qarabağ" reytinqdə gerilədi, "Neftçi" isə...

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Bakıvaxtı.az  IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, 302 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən "Qarabağ" və "Neftçi" yer alıb.

“Köhlən atlar” ötən ayla müqayisədə 4 pillə geriləyib. Ölkə çempionu 138,5 xalla 71-ci sırada qərarlaşıb.

67 xala malik "Neftçi" 21 pillə irəliləyərək 287-ci olub.

Reytinqdə lider dəyişməyib. İspaniyanın “Real Madrid” klubu 313 xalla birincidir. İngiltərə "Mançester Siti"si 279 xalla ikinci sıraya yüksəlib. İlk "3-lüy"ü 278 xalla Braziliya təmsilçisi “Flamenqo” qapayır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR