• Bakı 12° C

    0.71 m/s

  • USD - 1.7

    EUR - 1.8499

    RUB - 1.9883

Azərbaycan şəhərlərinin raketlə vurulmasına Paşinyan razılıq verib

CƏMİYYƏT

17 Mart 2025 | 21:34

Azərbaycan şəhərlərinin raketlə vurulmasına Paşinyan razılıq verib

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 17-də davam etdirilib.

Bakıvaxtı.az xəbər verir ki, təqsirləndirilən şəxs Levon Mnatsakanyan Gəncə, Bərdə və digər ərazilərdə dinc əhalinin raket atəşinə tutulması barədə əmrin kim tərəfindən verilməsi barədə də prokurorların suallarını cavablandırıb və deyib ki, bu cür atəşlərin açılması üçün əmri Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi verə bilərdi. “Baş qərargah rəisi əgər əmr verə bilirsə, əmri verməzdən əvvəl ölkə rəhbərliyində kiminlə razılaşdırmalı idi?” sualına isə L.Mnatsakanyan “Müharibə zamanı baş qərargah rəisi bir nəfərə tabe olur, ölkənin rəhbərinə”.

“Ölkənin rəhbəri deyəndə Ermənistanda kim nəzərdə tutulur?” sualına isə təqsirləndirilən şəxs “Ermənistanda Baş nazirdir. Həmin vaxt baş qərargah rəisi Onik Qadparyan, baş nazir isə Nikol Paşinyan idi” cavabını verib.

O, həmin raketlərin hədəfdən yayınma ehtimalının təxminən 5-10 metr olduğunu deyib. Prokurorun “Sizcə, 44 günlük müharibə zamanı Gəncə, Bərdə və digər ərazilərdə mülki insanların öldürülməsi raketlərin hədəfdən yayınması nəticəsində olub, yoxsa hədəflər qəsdən seçilib?” sualına isə belə cavab verib: “Bir neçə dəfə olubsa, aydın məsələdir ki, nədir. Bir dəfədirsə, təsadüfdür, bir neçə dəfədirsə, təsadüf deyil... Bilmirəm”.


SON XƏBƏRLƏR

17 Mart 2025