• Bakı 27° C

    10.81 m/s

  • USD - 1.7

    EUR - 1.9873

    RUB - 2.1736

Azərbaycan Universiadada medal hesabında 11-ci yerdə

İDMAN

22 Iyul 2025 | 10:15

Azərbaycan Universiadada medal hesabında 11-ci yerdə

Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Ümumdünya Universitet Oyunlarının medal sıralamasında Azərbaycan 11-ci yerdədir.

Bakıvaxtı.az idman.biz-ə istinadən xəbər verir ki, komandamızın hesabında Ləman Əlimuradova, Güllü Ağalarzadə, Darya Sorokina, Kamilla Əliyeva və Elizaveta Luzandan ibarət bədii gimnastika üzrə qrup hərəkətləri komandasının qazandığı iki qızıl və bir gümüş medal var.

Siyahıda İspaniya, Fransa, Braziliya, Kanada, Türkiyə, Gürcüstan, Danimarka və bir çox başqa ölkələri qabaqlayırıq.

Qeyd edək ki, medal hesabında ABŞ liderlik edir (17-9-17), Çin ikinci yerdə (10-13-3), Cənubi Koreya isə üçüncü yerdədir (10-5-11).


SON XƏBƏRLƏR