• Bakı 25° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.9573

    RUB - 2.1384

Azərbaycan və Avropa Komissiyası enerji dialoqunun üçüncü raundunu keçirəcək

CƏMİYYƏT

11 Iyun 2025 | 13:57

Azərbaycan və Avropa Komissiyası enerji dialoqunun üçüncü raundunu keçirəcək

İyunun 13-də Azərbaycan və Avropa Komissiyası arasında yüksək səviyyəli enerji dialoqunun üçüncü raundu Brüsseldə keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov Avropa KİV-inə müsahibəsində bildirib.

O qeyd edib ki, görüş 2022-ci ildə Azərbaycan və Aİ arasında imzalanmış Anlaşma Memorandumunun icrası çərçivəsində keçirilir: "Danışıqlarda Azərbaycan tərəfini energetika naziri Pərviz Şahbazov, Avropa Komissiyasını isə Aİ-nin enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensen təmsil edəcək".

Nazir müavini 2022-ci ildə imzalanmış memorandumun Avropaya qaz tədarükünün ikiqat artırılmasını, həmçinin “yaşıl enerji” sahəsində qarşılıqlı əlaqəni, metan emissiyalarının azaldılmasını və s. nəzərdə tutan hərtərəfli sənəd olduğunu xatırladıb.

O.Zeynalov qeyd edib ki, Azərbaycan təbii qazı artan Avropa sənayesini, xüsusilə Cənub-Şərqi Avropada dəstəkləyə bilər: “O, enerji keçidi və enerji balansının ən vacib elementidir”.


SON XƏBƏRLƏR