• Bakı 17° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

"Azərbaycan və Çinin iqtisadi-ticarət əməkdaşlığı böyük potensiala malikdir"

SİYASƏT

10 Noyabr 2025 | 12:02

Azərbaycan və Çinin iqtisadi-ticarət əməkdaşlığı böyük potensiala malikdir

“Çin Azərbaycanın dördüncü böyük ticarət tərəfdaşı, ən böyük idxal mənbəyi ölkəsidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Çinin “Xalq gündəliyi” qəzetinə müsahibəsində deyib.

    Baş nazirin müavini bildirib ki, bu ilin yanvar-sentyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 3,4 milyard ABŞ dollarına çatıb və ötən illə müqayisədə 28% artıb: “Bu isə tərəflərin iqtisadi-ticarət əməkdaşlığının davamlı dərinləşdiyini və böyük potensiala malik olduğunu tam təsdiqləyir".

    Səkkizinci Çin Beynəlxalq İdxal Sərgisində (CIIE) iştirak edən Baş nazirin müavini qeyd edib ki, bu platforma vasitəsilə bizim şirkətlər Çin istehlakçılarının seçimini və bazar tendensiyalarını dərindən öyrənə bilir, bu da Çin bazarına daha dəqiq uyğunlaşmağa şərait yaradır: “Eyni zamanda Çin qanunvericiliyi, gömrük siyasəti və logistika sistemi ilə tanış olmaq üçün imkan yaradır və gələcək praktiki əməkdaşlıq üçün möhkəm əsas qoyur.”


    SON XƏBƏRLƏR

    09 Noyabr 2025