• Bakı 26° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Azərbaycan və Ermənistan sülh sazişi imzalamağa yaxındır -  Samanta Pauer

DÜNYA

10 Iyul 2024 | 16:22

Azərbaycan və Ermənistan sülh sazişi imzalamağa yaxındır -  Samanta Pauer

Azərbaycan və Ermənistan sülh sazişi imzalamağa yaxındır, hər iki ölkə buna nail olmaq üçün səy göstərir.

Bakıvaxtı.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.

“Bu gün Ermənistan onilliklərlə davam edən münaqişəyə son qoya biləcək sülh sazişi imzalamağa yaxındır. Ermənistan və Azərbaycan hökumətlərinin nümayəndələri barışığa yönəlmiş danışıqları davam etdirirlər. ABŞ Ermənistanın bu tarixi məqamdan istifadəsinə kömək etmək üçün əlindən gələni edəcək”, - o vurğulayıb.


SON XƏBƏRLƏR

28 Iyul 2024