• Bakı 26° C

    1.85 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Süni intellektə malik dronlar sınaqdan keçirildi

DÜNYA

09 Avqust 2024 | 15:55

Süni intellektə malik dronlar sınaqdan keçirildi

ABŞ, Avstraliya və Böyük Britaniya "AUKUS" üçtərəfli hərbi tərəfdaşlığı çərçivəsində inteqrasiya olunmuş süni intellektə (AI) malik pilotsuz uçuş aparatını (PUA) sınaqdan keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin rəsmi saytında məlumat verilib.

Məlumata görə, dronlarda süni intellekt düşmən hədəflərinin müəyyənləşdirilməsinə sərf olunan vaxtı azaltmağa xidmət edir.

Bildirilib ki, təlim zamanı üç ölkənin pilotsuz təyyarələri arasında fasiləsiz məlumat mübadiləsi aparılıb.

“"AUKUS" ölkələri insan operatorlarına yerdəki hədəfləri tapmağa, sıradan çıxarmağa və məhv etməyə imkan verən süni intellektli pilotsuz uçuş aparatlarını sınaqdan keçirir”, – nəşrdə qeyd edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

18 Iyul 2025