Azərbaycan və Slovakiya minaatanların tədarükü üçün müqavilə imzalayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Slovakiya mediası məlumat yayıb.
Müqavilə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Dünya Müdafiə Sərgisi zamanı imzalanıb.
Müqaviləyə əsasən, Azərbaycan Slovakiyanın dövlətə məxsus silah istehsalçısı "ZŤS Spéciál" tərəfindən istehsal edilən, ümumi dəyəri 210 milyon avro olan SAM-120 avtomatik minaatanlarını alacaq.
Bakı 




