• Bakı 26° C

    1.47 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Azərbaycan və Türkiyə arasında ətraf mühitlə bağlı İş Proqramı imzalanıb

GÜNDƏM

12 Oktyabr 2021 | 13:43 | Müəllif: Subhan Mahmudov

Azərbaycan və Türkiyə arasında ətraf mühitlə bağlı İş Proqramı imzalanıb

Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Respublikasının ətraf mühit və şəhərsalma naziri Murat Kurumun rəhbərlik etdiyi nümayəndə heyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyində qurumun rəsmiləri ilə görüşüb.

Bakıvaxtı.az-ın məlumatına görə, görüşdə ətraf mühitin qorunması, iqlim dəyişmələrinə təsirlərin azaldılması, tullantıların, o cümlədən plastik tullantıların düzgün idarə edilməsi, xüsusi mühafizə olunan təbiət əraziləri və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Həmçinin “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında ətraf mühitin qorunması sahəsində əməkdaşlığa dair Saziş”in tətbiqi üzrə İkiillik (2022-2023-cü illər) İş Proqramı imzalanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026