• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Nazir deputatları aldadıb? - AÇIQLAMA

GÜNDƏM

10 Noyabr 2021 | 21:00

Nazir deputatları aldadıb? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib ki, Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transferlər azalır. 
Nazirin sözlərinə görə, son iki ilin nəticələrinə əsasən transfert azalır.

İqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a deyib, nazirin parlament üzvlərinə verdiyi bu məlumat həqiqətə uyğun deyil. 

“Dövlət Neft Fondundan 2018-ci ildə büdcəyə transfert 9 mlrd. 216 mln manat, 2019-cu ildə 11 mlrd. 344 mln. manat, 2020-ci ildə transfert 11 mlrd. 350 mln. manat, 2021-ci ildə 12 mlrd. 200 mln. manat təşkil edib.
2022-ci ildə isə bu fonddan büdcəyə 12 mlrd. 710 mln. manat transfert olacağı nəzərdə tutulub”, - deyə iqtisadçı bildirib. 

Xatırladaq ki, ARDNF 1999-cu ildə təsis edilib. ARDNF neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026