• Bakı 7° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Bayden-Putin görüşü: Risklər, təhdidlər, mesajlar... - ŞƏRH

GÜNDƏM

08 Dekabr 2021 | 11:49

Bayden-Putin görüşü: Risklər, təhdidlər, mesajlar... - ŞƏRH

Xəbər verdiyimiz kimi, Rusiya-Ukrayna gərginliyi fonunda Bayden-Putin görüşü baş tutub.

Belə ki, dünən Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında videokonfrans formatında görüş keçirilib. Dövlət başçıları iki ölkənin münasibətlərində strateji sabitliyi müzakirə ediblər. Danışıqlarda habelə İran məsələsində birgə fəaliyyəti, Ukrayna ətrafında gərginliyin aradan qaldırılması diqqət mərkəzində olub.

Siyasi şərhçi Samir Hümbətov Bakıvaxtı.az-a bildirib ki, liderlər arasında keçirilən bu görüşün əvvəldən gərgin atmosferdə keçəcəyi hər kəsə məlum idi.

“Ağ Evin Bayden-Putin görüşü ilə bağlı yaydığı bəyanatda qeyd olunan məsələlər siyasi şərhçilər tərəfindən ehtimal edilən mövzularla üst-üstə düşür. Yəni, bu görüşdə tərəflər hazırda Rusiya və Ukrayna sərhəddində baş verən hadisələri, tərəflər arasında 2016-cı ildə ABŞ-da baş tutmuş prezident seçkilərində Rusiyanın seçkilərə müdaxiləsi və kiber təhlükəsizlik məsələləri, İranın nüvə məsələsi və digər məsələlər müzakirə olunub, - deyə S.Hümbətov bildirib.

Siyasi şərhçi qeyd edib ki, Rusiya üçün bu görüşü iki istiqamət üzrə önəmli hesab etmək olar: “Birincisi, Rusiya ona qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasını və bunun nəticəsində iqtisadiyyatın normallaşdırılmasını, ikincisi Ukraynanın NATO-ya daxil olmasının qarşısını almaqla sözügedən hərbi alyansın Rusiyanın sərhədlərinə gəlib çıxmasını əngəlləmək istəyirdi.

ABŞ-ın da öz maraqları üçün istək və tələbləri vardı. Bu görüşdən öncə jurnalist də ABŞ prezidenti Co Baydendən Rusiya prezidenti Vladimir Putinin işlətdiyi “Ukrayna bizim qırmızı xəttimizdir” ifadəsinə münasibət bildirməsini istədi, Amerika lideri də öz növbəsində heç bir qırmızı xətti tanımadığını bildirdi”.

S.Hümbətovun sözlərinə görə, tərəflərin Ukrayna məsələsində belə dirənc göstərməsi ondan xəbər verir ki, hələ uzun müddət Ukraynada stabillik məsələsi arxa planda qalacaq və ərzisində separatçı rejimlərin fəaliyyəti hələ davam edəcək: “Eyni zamanda, Rusiya iqtisadiyyatına qarşı tətbiq edilən sanksiyaların tezliklə də aradan qaldırılacağı inandırıcı görsənmir.

Digər tərəfdən burada mövqe və nüfuz müharibəsinin getdiyini də demək mümkündür. Ukrayna üçün isə yaxın perspektivdə qarşısında dayanan məsələlərin həllinə nail olması məsələsi o dərəcədə inandırıcı görünmür”. 

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026