• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Qazaxıstanda adambaşına milli gəlir Azərbaycandan 2 dəfə yüksəkdir  

GÜNDƏM

05 Yanvar 2022 | 13:07

Qazaxıstanda adambaşına milli gəlir Azərbaycandan 2 dəfə yüksəkdir

Qazaxıstanda etirazçıların iqtisadi tələbi yerinə yetirilsə də, artıq bir neçə iri şəhərdə siyasi tələblərlə küçə yürüşləri davam edir.

Bakıvaxtı.az xəbər verir ki, əsas tələblərdən biri də köhnə prezident Nazarbayevin siyasətdən tamamilə çəkilməsidir.

Polis əməkdaşları xalqın yanında olduqlarını və xalqa əl qaldırmayacaqlarını bildiriblər. Eyni zamanda, avtobus sürücüləri də aksiyaya qoşulub və küçələri nəqliyyat vasitələri ilə bağlayıblar.

Ölkə Prezidenti Kasım-Jomart Tokayev aksiyaların başladığı Manqistau vilayətində yanvarın 19-dək fövqəladə vəziyyət rejimi elan edib. 

İqtisadçı-ekspert Rövşən Ağayev bildirib ki, Qazaxıstan Orta Asiya ölkələri içərisində sosial-iqtisadi vəziyyəti daha yüksəkdir:

"Təhsil səviyyəsi daha yüksəkdir. Xüsusilə də Qərb təhsili almış geniş bir kütlə formalaşıb. Əhalinin iqtisadi imkanları daha yüksəkdir, daha böyük miqyasda və imkana sahib orta təbəqəyə malikdir. Vətəndaş cəmiyyəti inkişaf edib. Hətta beynəlxaql donor təşkilatları (Soros Fondu) belə ölkədə çalışmaqda davam edir",- deyə R.Ağayev bildirib.

Ekspert qeyd edib ki, Qazaxıstanda adambaşına milli gəlir Azərbaycandan 2 dəfə yüksəkdir: "Orta maaş təxminən 60% yüksəkdir. Bizdən fərqli olaraq rəsmi maaşı olan, əmək müqaviləsi ilə çalışaraq dayanıqlı iş yerlərinə malik məşğul əhalinin sayı 2-2.5 dəfə yüksəkdir. Məsələn, bizdə zəmanətli müaviləli məşğulluq 35%, Qazaxısatanda təxminən 80%-dir".

Ramid İbrahimov  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026