İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkının (KSP) rezidenti “Baku Non Ferrous and Foundry Company” MMC-nin müqavilələrdən əmələ gələn öhdəlikləri icra etmədiyi iddia olunur.
Bakıvaxtı.az xəbər verir ki, İtaliya texnologiyası əsasında ferrosilisium (FeSi) istehsal edən bu şirkətə qarşı məhkəmələrdə iddialar qaldırılıb.
Hüquqi ünvanı Sabirabad rayonunda olan “TORNER” MMC və Türkiyə şirkəti DEMORA FABRIKA IMALAT SAN VE TIC.LTD.ŞTİ “Baku Non Ferrous and Foundry Company” MMC-yə qarşı Sumqayıt Kommersiya Məhkəməsində iddia qaldırıblar.
Hər iki kommersiya mübahisəsi işinə hakim Zülfüqar Sadiqovun sədirliyi ilə baxılır.
İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə bağlıdır.
Qeyd edək ki, bu ilin yanvar ayında “Baku Non Ferrous and Foundry Company” MMC-nin direktoru Mərdan Əliyev vəzifəsindən azad edilib. Şirkətə rəhbərlik Oleq Zuiyevə həvalə olunub.
Ramid İbrahimov





png-1646293475.webp)







jpg-1646030327.webp)


