• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Rusiya böhran astanasında - Rubl çökdü

GÜNDƏM

28 Fevral 2022 | 09:58

Rusiya böhran astanasında - Rubl çökdü

"Rusiya-Ukrayna savaşının başlamasından 5 gün keçməsinə baxmayaraq Qərbin sankisyaları Rusiya iqtisadiyyatına artıq ciddi təsirlər göstərməkdədir".

Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

O  qeyd edib ki, bu müharibə Rusiya iqtisadiyyatı üçün heç də ucuza başa gəlməyəcək: "Artıq Rusiyalı 2 milyarder müharibənin dayandırılması ilə bağlı müraciət edib. Biznes yeni sanksiyalar dalğasından ciddi şəkildə ehtiyatlanmaqdadır. Rusiya valyutası ABŞ puluna nisbətən psixoloji həddi keçərək 1 dollar 105 rubl məzənnəsinədək ucuzlaşıb. Görünən isə odur ki, müharibə davam edərsə və sanksiyalar genişlənərsə bu rubl üçün sonuncu dayanacaq olmayacaq".

Deputat bildirib ki, digər tərəfdən, Rusiyada dollara tələbin artması xarici valyuta qıtlığı yaradacaq: "Artıq, demək olar, bütün Rusiya banklarının qarşısında uzun növbələr müşahidə olunur. Vətəndaşlar banklardan pullarını götürməyə çalışırlar. Bu isə Rusiyanın bank sektoru üçün ciddi neqtaiv nəticələrə səbəb ola bilər.  

Rusiyanı SWİFT-dən uzaqlaşdırmaq ilə bağlı qərardan sonra bu ölkənin maliyyə sektoru sankisyalara daha kəskin reaksiya verməkdədir. Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulması ilə bağlı qərar qəbul ediləcəyi halda isə bu rublu ciddi silkələyə bilər". 

Ramid İbrahimov 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026