“44 günlük Vətən müharibəsi dövründə və sonra yerləşdiyi mövqedən heç bir zaman bir addım da geri çəkilməyib. Bunun baş verməsi də heç bir zaman gözlənilmir”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.
O qeyd edib ki, Azərbaycan müharibə zamanı Xocalı rayonunun müəyyən hissəsini işğaldan azad etdikdən sonra Rusiya sülhməramlıları erməni silahlılarını həmin ərazidən çıxarılmasını ləngitdi: “Artıq ordumuz Xocalıya aid olan müəyyən yaşayış məntəqələrində, o cümlədən Fərrux kəndində və kəndin yaxınlığında yerləşən yüksəkliklərdən yerləşməkdədir. Bu proseslərin yaxın gələcəkdə daha intensiv şəkildə davam edəcəyi gözlənilir”.
Hərbi ekspert bildirib ki, hazırda Xocavənd istiqamətində seperatçı rejimə qulluq edən silahlıların təxribatlara hazırlaşması ilə bağlı məlumatlar mövcuddur: “Əgər Rusiya sülhməramlıları erməni silahlılarını həmin ərazidən çıxarmazsa, o zaman Azərbaycan Ordusunun növbəti yerdəyişməsini Xocavənd istiqamətində ola biləcəyini istisna etmək olmaz”.
Ramid İbrahimov
















