• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qazi əvvəl baş həkimi döyüb, sonra İNTİHARA CƏHD EDİB

GÜNDƏM

25 Aprel 2022 | 16:40

Qazi əvvəl baş həkimi döyüb, sonra İNTİHARA CƏHD EDİB

Bu gün 44 günlük Vətən müharibəsinin qazisi xəstəxanada intihar etməyə cəhd edib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Şuşa Mərkəzi Rayon Poliklinikasının “Qobu Park-2” yaşayış kompleksində yerləşən poliklinikada qeydə alınıb.

Məsələ ilə bağlı poliklinikanın baş həkimi Mətanət Bünyatova Bakıvaxtı.az-a açıqlama verib.

“Maştağa qəsəbəsində yerləşən Respublika Psixiatriya Xəstəxanasından onunla bağlı verilən epikriz var. O, şəxsiyyət pozuntusu və özünə qəsd diaqnozu ilə yaşayan şəxsdir. Hər ay bu poliklinikadan dərman götürür. Onun intihara cəhd etmə səbəbi başqadır. O baş həkimə, yəni mənə və nevropatoloqa hücum edib. Poliklinikaya zərər vurmağa çalışıb”, -deyə baş həkim bildirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı polisə müraciət edəndən sonra o bir qrutu dərman içərək intihara cəhd edib: “Hadisə yerinə Qaradağ rayon Polis İdarəsinin və prokurorluğun əməkdaşları gəlib”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026