• Bakı 33° C

    1.92 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Hərbçilərimiz “Efes-2022”də növbəti tapşırıqları icra ediblər - VİDEO

GÜNDƏM

23 May 2022 | 18:55

Hərbçilərimiz “Efes-2022”də növbəti tapşırıqları icra ediblər - VİDEO

Azərbaycan hərbçiləri “Efes-2022”də növbəti tapşırıqları icra ediblər
Türkiyənin İzmir şəhərində keçirilən “Efes-2022” çoxmillətli təlimi davam edir.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, beynəlxalq təlimin planına əsasən hərbi qulluqçular tapançadan, müxtəlif çaplı atıcı silahlardan və pulemyotlardan praktiki atışlar yerinə yetiriblər.

Bundan başqa, yaralanan hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilməsi və onun təhlükəsiz şəkildə təxliyə olunması, eləcə də axtarış-xilasetmə əməliyyatları üzrə tapşırıqlar uğurla icra olunub.

Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordunun və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçularının cəlb olunduğu beynəlxalq təlim iyunun 9-dək davam edəcək

 


SON XƏBƏRLƏR

12 Iyul 2025