Sabah Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək.
İclasda “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanununda dəyişiklik edilməsi barədə layihə müzakirə olunub.
Bakıvaxtı.az xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayev büdcə dəyişikliyi ilə bağlı qanun layihəsini şərh edib.
O qeyd edib ki, 2022-ci ilin büdcə dəyişikliyi ilə bağlı qanun layihəsi məmurlara düşdü: "Büdcə xərclərinin 2.4 milyard manat artımı ilə yanaşı xərclərin strukturunda da təxminən 500 milyon manatlıq dəyişiklik aparılır. Bu dəyişikliklər nəticəsində əmək ödənişi xərcləri mərkəzi idarəetmə və hüquq-mühafizə orqanları üzrə orta hesabla 25 faiz, yerli icra hakmiyyəti orqanları üzrə 45 faizə yaxın artır".
Ekspert qanun layihəsinin şəffaf və detallı izahata ehtiyacı olduğunu bildirib.
Ramid İbrahimov
















