• Bakı 10° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Canımıza niyə qıyırıq?

GÜNDƏM

20 Iyul 2022 | 15:35 | Müəllif: Qalib İbrahimoğlu

Canımıza niyə qıyırıq?

Son günlər ölkədə intihar hallarının sayı artıb. Özünə qəsd edənlərin əksəriyyəti eyni üsullardan istifadə edirlər: ya özlərini asırlar, ya da hündürlükdən atırlar.

Bakıvaxtı.az xəbər veritr ki, problemin aktuallığını nəzərə alan Mətbuat Şurası bu gün “Media və intihar olaylarının işıqlandırılması” mövzusunda tədbir keçirib. Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, son günlər mediada işıqlandırılan intihar xəbərlərinin sayı artır. Onun sözlərinə görə, bəzən intiharın səbəbləri kənarda qalır, intihar edənlərin qəhrəmanlaşdırılması meyli hiss olunur. Bu da növbəti intiharlara yol aça bilir: "Məişət problemləri, valideyn-övlad münasibəti, valideynlərin israrlı tələbi, sosial problemlər, yoxsulluq insanları intihara apara bilər".

Tədbirdə dünyada il ərzində 800 min insanın intihar etdiyi bildirilib. Qeyd olunub ki, Latviya, Litva və Rusiyada əhaliyə nisbətdə intiharların sayı yüksəkdir, 100 min nəfərə 40 nəfər düşür. ABŞ, Finlandiya kimi ölkələrdə 100 min nəfərə 20-30 nəfər düşür.

Ümumiyyətlə, niyə canımız qıyırıq? Özünəqəsdin qarşısını necə almaq olar? 

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, əvvəllər yaz və payız aylarında intihar hadisələri daha çox olurdu: “Bunu da çox vaxt mövsümü depressiya ilə əlaqələndirirdilər. Əhval dəyişikliyi səbəbindən insanlarda özünə qapanma, intihar etmə aktları çox olurdu".

Onun sözlərinə görə, bu gün isə təkcə yaz-payız aylarında yox, ilin bütün fəsillərində intiharların baş verdiyinin şahidi oluruq. Şübhəsiz ki, bunun da səbəbləri daha çox insanlarda psixoloji narsahatlıq və gərginliyin artması ilə bağlıdır. E.Rüstəmov qeyd edib ki, bura ailədaxili konfiliktlər, insanın psixoloji durumu ilə bağlı yaşadığı narahatlıqlar daxildir.

Psixoloq bildirib ki, şübhəsiz, bununla bağlı qabaqlayıcı tədbir görmək, psixoloji maarifləndirmə aparmaq lazımdır: “İntihar riski olan insanlara vaxtında psixoloji dəstək göstərilməlidir. Eyni zamanda, psixoloji dəsdək əlçatan olmalıdır. Həmçinin, risk qrupuna daxil olan, daim həyatından şikayətlənən, ölmək istədiyini deyən insanlara qarşı qohumlar, ətrafdakılar diqqətli olmalı, psixoloji dəsdək almalarına kömək etməlidirlər. Bu, çox vacib məqamdır".

Həmsöhbətimizə görə, yaxud intihar edən şəxsin intiharı ölümlə nəticələnməyibsə, bu cür insanlar mütləq şəkildə psixoloji reabilitasiyaya götürülməlidir. Onun sözlərinə görə, əgər qabaqlayıcı tədbirləri zamanında görə bilsək, özümüzü müəyyən qədər o risklərdən qorumuş olacağıq: "Yenə də deyirəm, psixologiya cəmiyyətin ictimai praktikasına çevrilməli, psixoprofilaktik işlər kütləvi şəkildə aparılmalı, psixoloji dəstək əlçatan olmalıdır”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026