• Bakı 30° C

    2.3 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

“Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsi keçirilib

GÜNDƏM

17 Avqust 2022 | 16:21

“Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsi keçirilib

"Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində Qazaxıstanın Qvardiya qarnizonunda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin növbəti mərhələsi keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Fərdi mərhələdə komandamızın ikinci heyəti də uğurla çıxış edib. Maneələr zolağını və minalanmış ərazini dəf edən artilleriyaçılarımız pulemyot, minaatan, qumbaraatan və avtomatlardan təyin olunmuş hədəfləri sərrast atəşlə məhv ediblər.

Peşəkarlıq nümayiş etdirən hərbi qulluqçularımız hakimlərin qərarına əsasən doqquz komanda arasında üçüncü yerə layiq görülüb. Birinci yerdə Qazaxıstan, ikinci yerdə isə Rusiya artilleriyaçıları qərarlaşıb.


SON XƏBƏRLƏR

11 Iyul 2025